Əsas Səhifə > Güney Press > İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib

İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib


7-01-2025, 12:42
İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib
İclasda şura üzvləri ilə yanaşı idarə, müəssisə, təşkilat rəhbərləri və inzibati ərazi
dairələri üzrə nümayəndələr iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda
canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq
iştirakçıları gündəlikdə duran məsələlər ilə tanış edib, bildirib ki, gündəlikdə 2 məsələ
durur: 1. Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2025-ci il üçün İş
Planının və rayon İcra hakimiyyəti başçısı aparatının Tədbirlər Planının təsdiqi
haqqında. 2. 2024-cü ildə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında və yerlərdə
vətəndaşların qəbulu, onların təklif, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti
haqqında.
Sonra rayon rəhbəri çıxış edərək Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında
2024-cü ildə vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, qaldırılan
problemlərin həll olunması və vaxtında cavab verilməsinin daim nəzarətdə saxlanıldığını
bildirib.
Qeyd edib ki, rayon icra hakimiyyətinə daxil olan bütün vətəndaş müraciətləri elektron
informasiya sisteminə işlənib, müvafiq olaraq aidiyyəti üzrə icraçılara verilib,
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq icrasına nəzarət olunubdur. Şura yığıncaqlarında
vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri 2 dəfə müzakirə
olunub, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilibdir.
İcra başçısı bildirib ki, hər bir dövlət məmuru öz işini planlaşdırarkən vətəndaşların
müraciətlərinə baxılması və onun icrası məsələsinə geniş yer ayırmalı və qaldırılan
məsələlərin maksimum həllinə çalışmalıdır.
Vurğulayıb ki, rayon icra hakimiyyəti başçısının 09 dekabr 2024-cü il tarixli, 191 nömrəli
əmri ilə 2025-ci ildə rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu
haqqında cədvəl təsdiq edilərək “Yeni Tərtər” qəzetində vətəndaşların
məlumatlandırılması üçün dərc edilmişdir. Həftənin beş günü rayon icra hakimiyyətinin
başçısı, başçının birinci müavini, başçının müavinləri və şöbə müdirləri vətəndaşları
qəbul edəcəklər.
Tərtər RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Kənan Mehdiyev çıxış edərək bildirmişdir ki, 2024-cü ildə rayon icra hakimiyyəti başçısı
aparatına 794 müraciət daxil olmuşdur ki, bu müraciətlərin 358-i eyni vətəndaşlardandır.
Belə ki, həmin vətəndaşların bir çoxu eyni məzmunlu ərizə ilə eyni vaxtda müxtəlif
dövlət orqanlarına müraciət etmişlər.
Daxil olmuş 794 müraciətin 585-i məktub, 167-si elektron məktub, 42-si isə teleqram
olmuşdur. Müraciətlərdən 8-i nəzarətə götürülmüşdür.
Bu müraciətlərin 143-ü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından,
110-u Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyindən, 45-i Nazirlər
Kabinetindən, 5-i Milli Məclisdən, 68-i Respublikanın digər təşkilatlarından, 423-ü isə
vətəndaşlardan bilavasitə icra hakimiyyətinə ünvanlanan müraciətlər olmuşdur.
Rayon icra hakimiyyəti başçısı aparatında 2561 nəfər vətəndaş qəbul olunmuşdur.
Onlardan 979 nəfəri icra hakimiyyəti başçısı tərəfindən, 1582 nəfəri isə başçının
müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir.
Rayon icra hakimiyyəti başçısının 2024-cü ildə yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər
praktikası davam etdirilmiş, il ərzində 48 yaşayış məntəqəsində icra hakimiyyəti
başçısının səyyar qəbul-görüşləri keçirilmişdir. Bu görüşlərdə 3553 vətəndaş iştirak
etmiş, 157 nəfər vətəndaşın 174 məsələ ilə bağlı müraciətinə baxılmışdır. Qaldırılan
məsələlərin 69-u həll edilmiş, 32-si ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi
müraciətlər ünvanlanmış, 73-nə müvafiq izahatlar verilmişdir.
2024-cü ildə daxil olmuş müraciətlərin 2023-cü illə müqayisəli təhlili zamanı müəyyən
olmuşdur ki, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından
daxil olan müraciətlər 96 sayda, Milli Məclisdən daxil olan müraciətlər 10 sayda, Nazirlər
Kabinetindən daxil olan müraciətlər 58 sayda, vətəndaşlardan bilavasitə daxil olan
müraciətlər 25 sayda azalmış, respublikanın digər təşkilatlarından daxil olan müraciətlər
isə 1 sayda artmışdır.
Ümumilikdə, 2023-ci illə müqayisədə rayon icra hakimiyyətinə daxil olan müraciətlər 188
sayda azalmışdır.
2023-cü illə müqayisədə 2024-cü ildə həll olunmuş və qismən həll olunmuş
müraciətlərin sayı artmışdır. Belə ki, 2023-cü ildə müraciətlərin 14,7 %-i, 2024-cü ildə
isə 28,6 %-i həll olunmuşdur.
2024-cü il ərzində rayon icra hakimiyyətinə daxil olan müraciətlər əsasən Vətən
müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial müdafiəsi, işlə təmin olunma,
erməni işğalçılarından azad olunmuş ərazilərdə yaşamaq, Vətən müharibəsindən zərər
çəkmiş evlərin bərpası və əmlaka dəyən zərərin ödənilməsi, mənzillə təmin olunma,
evlərin təmiri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması,
evlərin sənədləşdirilməsi, ehtiyatda olan hərbçilərə mənzillə təmin olunana qədər kirayə
pullarının ödənilməsi, qəyyumluq və övladlığa götürülmə, pay torpaqlarının sərhədlərinin
müəyyən edilməsi, kənd təsərrüfatının və sahibkarlığın inkişafı üçün torpaq sahələrinin
ayrılması, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər, qəbul məsələləri, kənd
təsərrüfatı məsələləri, torpaq məsələləri, şəhərsalma və tikinti məsələləri, subartezian
quyularının qazılması, birdəfəlik maddi yardım, sosial yardım və müavinətlərlə bağlı
olmuşdur.
Müzakirə edilən məsələlər barədə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Elvin Umudov, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri
ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Hüquq şöbəsinin məsləhətçisi Çingiz İsayev
şıxış edidlər.
Şura iclasında müvafiq qərar qəbul edilib, Tərtər Rayon İcra Hakimiyyəti başçısı
yanında Şuranın 2025-ci il üçün İş Planı və rayon icra hakimiyyəti başçısı aparatının
Tədbirlər Planı təsdiqlənib, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən problemlərin
aradan qaldırılması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

"DİA-AZ"

İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib

Geri qayıt