Əsas Səhifə > Güney Press > Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı
Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı7-01-2025, 17:21 |
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, iddiaçı "Azsığorta" şirkətidir. Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. İşin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. "Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur. ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir. Geri qayıt |