Əsas Səhifə > Güney Press > Tramp Kopenhagendən də cavab aldı

Tramp Kopenhagendən də cavab aldı


Dünən, 12:02
Tramp Kopenhagendən də cavab aldı
Danimarkanın baş naziri Mette Frederiksen yerli “TV 2” telekanalına müsahibəsində ABŞ-la əməkdaşlığın vacibliyini vurğulayaraq, Vaşinqtonun krallığın əsas müttəfiqi olaraq qaldığını qeyd edib.
AzVision.az xəbər verir ki, xanım Frederiksen ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Danimarkanın öz muxtar ərazisi olan Qrenlandiyanın Birləşmiş Ştatlara qoşulmasına mane olacağı halda, ona qarşı tariflərin tətbiqi ilə bağlı bəyanatlarını belə qiymətləndirib.

“Vaşinqtonun adaya nəzarət etmək üçün güc tətbiq edə biləcəyi ilə bağlı ehtimalları bölüşmürəm. Mən gələcək Amerika administrasiyası ilə mümkün fikir ayrılıqları kontekstində ABŞ-la ticarət müharibəsindən qaçmağa ümid edirəm. ABŞ-nin Qrenlandiya ilə münasibətləri inkişaf etdirmək marağı yerli sakinlərin maraqları ilə əlaqələndirilməlidir”, - Danimarkanın baş naziri vurğulayıb.

Qeyd edək ki, Qrenlandiyanın Danimarkadan alınması ideyasını Donald Tramp ilk prezidentliyi dövründə dilə gətirib və bu Kopenhagendən mənfi reaksiyalara səbəb olub.
Bir müddət əvvəl isə, o, sosial şəbəkələrdə Qrenlandiyaya nəzarəti “ABŞ-nin milli təhlükəsizliyi və bütün dünyada azadlıq naminə mütləq zərurət” hesab etdiyini yazıb. Tramp, həmçinin Qrenlandiya Birləşmiş Ştatların tərkibinə daxil olarsa, onu “yenidən möhtəşəm” edəcəyinə söz verdi.

Bununla belə, o Danimarkaya məxsus muxtariyyəti üzərində nəzarətin yaradılması üçün hərbi ssenarini istisna etdiyi barədə heç nə deməyib. Bu baxımdan, bəzi ekspertlər sözügedən məsələdə Donald Trampın güc amilinə əl atacağını istisna etmirlər.

Geri qayıt