Əsas Səhifə > Güney Press > Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan
Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdanDünən, 16:27 |
AZAL aviaşirkətinə məxsus sərnişin təyyasinin Qroznı səmasında vurulmasında Rusiyanın iştirakına dair Prezident İlham Əliyevin bəyanatından sonra bu ölkənin bəzi ictimai xadimlərinin qeyri-etik davranışları diqqət çəkir. Xüsusilə Rusiya İctimai Palatası yanında Koordinasiya Şurasının üzvü və politoloq Vladimir Karasevin hörmətsizlik və təhqir dolu açıqlamaları Azərbaycanda geniş etirazla qarşılanıb. Məsələ ilə bağlı rusiyalı politoloq, diplomat Sergey Markov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Fransa və Aİ Makronun simasında, eləcə də Böyük Britaniya, ABŞ, Qroznıda hava hücumundan müdafiə sisteminin səbəb olduğu qəza faciəsindən istifadə edərək Rusiya və Azərbaycan arasında gərginlik yaratmağa çalışırlar. Bunun üçün güclü bir kampaniyaya başlayıblar: "Hətta Rusiyadan da bu cür cəhdlər var. Bunlar Fransa agentləridir? Antanta agentləridir? Çətin ki, belə olsun. Bunlar daha çox ənənəvi türkofob qüvvələrlə bağlı şəxslərdir. Azərbaycanda politoloq Vladimir Karasevin təhqir dolu fikirləri böyük narazılıq doğurub. Bakıda soruşurla, bu, Rusiyanın yeni siyasəti deyil ki? Cavab verirəm ki, xeyr, bu, Rusiyanın siyasətinə qarşı yönəlmiş intriqalardır. Qeyd etmək lazımdır ki, politoloq Vladimir Karasev geniş tanınmış biri deyil. O, məşhur politoloqlar Vladimir Kornilov və ya Vadim Karasev deyil. İndiyə qədər az tanınan politoloq Vladimir Karasev indi artıq daha çox tanınacaq, amma Rusiya İctimai Palatasının rüsvayıçılığı kimi. Ümid edirəm ki, İctimai Palata bu biabırçılıqdan xilas ola biləcək”. O, bir daha xatırladıb ki, Vladimir Karasev İctimai Palata yanında Koordinasiya Şurasının üzvüdür: “Xoşbəxtlikdən, o, Rusiya İctimai Palatasının üzvü deyil. Belə açıqlamalardan sonra heç vaxt ora üzv olmayacaq. Çünki onun Rusiya və Azərbaycan arasında gərginlik yaratmaq cəhdləri birbaşa Prezident Vladimir Putinin siyasətinə ziddir. İlham Əliyev Vladimir Putinin dostudur. Rusiya və Azərbaycan müttəfiqdir. İlham Əliyev Qərbin təzyiqindən qorxmayaraq hərbi əməliyyatın başladığı günlərdə Rusiya ilə müttəfiqlik sazişi imzaladı. Rusiya və Azərbaycan arasında gərginlik yaratmaq cəhdləri antirusiya siyasətidir və buna qarşı daha sərt mövqe nümayiş etdirmək lazımdır”. Geri qayıt |