Əsas Səhifə > Güney Press > “Lenin elə söz deməyib”

“Lenin elə söz deməyib”


Bu gün, 11:50
 “Lenin elə söz deməyib”
Finlandiyanın keçmiş prezidenti, hazırda Avropa Komissiyası rəhbərinin müşaviri vəzifəsini icra edən Sauli Niinistenin Avropa İttifaqı ilə bağlı rəsmi hesabatında SSRİ-nin qurucusu Vladimir İliç Lenindən sitat dərc olunub.

Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məsələyə münasibət bildirərək sitatın saxta olduğu deyib.

Niinistenin, “Birlikdə daha təhlükəsiz: Avropanın mülki və hərbi hazırlığının gücləndirilməsi” hesabatında qeyd olunan sitatda deyilir:

“Torpağı (yeri) süngülərlə yoxlayın. Torpağı deşsə – davam edin, əgər polada toxunsa (ilişsə) dayanın”.

Zaxarova məsələyə belə aydınlıq gətirib:

“Sitat saxta çıxdı, bu, Aİ hesabatları üçün qeyri-adi deyil, Lenin həmin ifadəni heç vaxt dilə gətirməyib və ya yazmayıb”.

Rusiya XİN rəsmisi bildirib ki, bu sitat təxminən 1970-ci ildə amerikalı jurnalist Joe Alsop tərəfindən işlədilib. Sonra ABŞ-ın sabiq prezidenti Riçard Nikson 70-ci illərin sonlarında britaniyalı jurnalist Devid Frostla müsahibəsində ifadəni təkrar xatırlatdı və beləliklə daha da populyarlaşdı.

Geri qayıt