Əsas Səhifə > Güney Press > Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Kriminal avtoriteti həbsxanada döyüb öldürdülərDünən, 15:24 |
Ukraynada kriminal avtoritet istintaq təcridxanasında döyüldükdən sonra ölüb. Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə paytaxt Kiyevdə yerləşən Lyukanovka təcridxanasında baş verib. Məlumata görə, müxaliflər cəzaçəkmə müəssisəsində “Kizim” ləqəbli avtoritet Andrey Kazımovu döyüblər. Həbsxana mühafizəçilərinin onun döyülməsinə biganə yanaşdıqları bildirilir. Xəstəxanaya yerləşdirilən avtoritet orada ölüb. Qeyd edək ki, Andrey Kazımov ötən ilin oktyabr ayında oğurluğa görə Ukrayna Cinayət Məcəlləsinin 185-ci maddəsilə təqsirli bilinib. Dekabr ayında keçirilməsi planlaşdırılan məhkəmə iclası isə 2025-ci il martın 18-nə təxirə salınıb. Geri qayıt |