Əsas Səhifə > Güney Press > Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb

Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb


Dünən, 13:04
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Abid Mamedov “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvlüyündən ayrılıb.

"APA-Economics" bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Bununla da, “Azsığorta”nın Direktorlar Şurasının üzvlərinin sayı ikiyə enib. Hazırda sığorta şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev, DŞ-nin üzvü isə Elnur Qurbanovdur.

Qeyd edək ki, Abid Mamedov bundan əvvəl “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin (əvvəlki: AzFinance İnvestiya Şirkəti) rəhbərliyindən ayrılıb.

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır.

Geri qayıt