Əsas Səhifə > Güney Press > "3 aya yaxındır ki, təyinatımız verilmir..."
"3 aya yaxındır ki, təyinatımız verilmir..."Dünən, 19:02 |
Bir qrup həkim tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının açıqlanmasını istəməyən şikayətçilər iddia edir ki, 3 ay vaxt keçməsinə baxmayaraq, rezidentlərə təyinat verilmir: “Artıq rezerentura təhsili bitib və təyinat verilməlidir. Lakin 3 aya yaxındır ki, təyinatımız verilmir. Bu barədə şikayətimizi dəfələrlə bildirsək də, Səhiyyə Nazirliyindən bizə geri dönüş olunmur. Səbəbsiz yerə bizi yubadırlar”. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyev ilə əlaqə saxladıq. Qurumdan bizə bildirildi ki, 2024-cü ilin noyabr ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində aşağıdakı cədvəl üzrə keçiriləcəkdir. Müraciət edənlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur. Geri qayıt |