Əsas Səhifə > Güney Press > Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyirDünən, 17:13 |
Aİ-yə üzvlük referendumu və ya ABŞ-la imzalana biləcək hər hansı bir sənəd yalnız ölkənin daxili siyasi gündəliyi və Ermənistanın mümkün erkən seçkiləri ilə bağlıdır. KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan deyib. Onun sözlərinə görə, üstəlik Ermənistandan ən yüksək səviyyədə xahiş ediblər ki, demokratlar (söhbət ABŞ-ın hakim partiyasından gedir) kimi getməzdən əvvəl istefa versinlər: “Hələ sülh gündəliyinin sənədi yoxdur, ancaq əhali üçün daha yaxşı həyat şəraiti yaradan yalançı başqa bir sənəd hazırlayırlar. İndiki hakimiyyət çoxsaylı təbliğatçıları ilə Ermənistanı sadəcə olaraq aldadır, onu Türkiyənin nəzarəti altına alır. 2023-cü ildə Soçidə Ərdoğan Putinə eyham vurmuşdu ki, Ermənistan Ankara ilə problemlərini Rusiyasız “həll etmək” istəyir. Artıq bu fakt bir çox cəhətdən əsil reallıqdır. Təəssüf ki, bütün bunlardan sonra Ermənistan Respublikasının resursları mənimsəniləcək və heç nə qalmayacaq. Erato (Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan – red.) isə böyük ehtimalla Ermənistan Respublikasının sonuncu lideri olacaq. Vatikana yaxın insanlardan soruşun, onlar bunu çox yaxşı bilirlər”. Geri qayıt |