Əsas Səhifə > Güney Press > Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklikDünən, 22:32 |
Ermənistanın delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının tərkibində dəyişiklik edilib. “Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda Baş nazir Nikol Paşinyan qərar imzalayıb. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat idarəsinin rəis müavini polkovnik S.Qriqoryanın yerinə həmin idarənin birinci müavini general-mayor Aleksandr Tsakanyan təyin edilib. Bundan əlavə, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan başqa bir nazir müavini – Armen Simonyanla əvəzlənib. Xatırladaq ki, Paşinyan daha əvvəl “Armenpress”ə müsahibəsində komissiyalarının növbəti iclasının yanvarda keçiriləcəyini bildirib. Son iclas isə 2024-cü il noyabrın 1-də baş tutub. Geri qayıt |