Əsas Səhifə > Güney Press > BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb
BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıbBu gün, 10:47 |
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir. Bu barədə "DİA-AZ"a DİN-dən xəbər verilib. Xətai rayonu ərazisində keçirilən növbəti tədbir nəticəsində əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 42 yaşlı Seymur Əliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən 33 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb. Bu şəxs narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə Biləsuvar rayonu ərazisindən əldə edib və Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Paytaxt və bölgələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə polis əməkdaşları tərəfindən fasiləsiz davam etdirilir. Geri qayıt |