Əsas Səhifə > Güney Press > Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək

Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək


Bu gün, 12:22
Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək
Dövlət Neft Fondu (ARDNF) “Push 30” MMC (VÖEN – 1306296231) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, satınalma müqaviləsi tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, “Push 30” MMC Neft Fondunun əməkdaşlarına 3 il müddətində bədən tərbiyəsi və idman xidmətləri göstərəcək.
Neft Fondu “Push 30” MMC-yə 3 illik xidmət haqqı olaraq 650 min manat ödəyəcək.
Neft Fondu tərəfindən açıqlanan məlumata görə, bu qurumda 160 nəfər işçinin çalışdığı qeyd olunub. Rəqəmlərdən də göründüyü kimi, Neft Fondunun bütün əməkdaşları istisnasız olaraq idmanla məşğul olsalar o zaman, bir nəfər əməkdaş üçün ödəniləcək illik məbləğ 1 354 manat (aylıq 113 manat) olacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Push 30” MMC 16 sentyabr 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mehdi Məmmədov, ev 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Adil Faiq oğludur. Adil Qasımov məşhur məhkəmə hakimi Faiq Qasımovun oğludur. Faiq Qasımov hazırda Pirallahı Rayon Məhkəməsinin hakimidir.

Geri qayıt