Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Zakir Fərəcov Abşeron icra hakimiyyətində rəsmən bazar açıb

Zakir Fərəcov Abşeron icra hakimiyyətində rəsmən bazar açıb


21-04-2014, 16:43
Zakir Fərəcov Abşeron icra hakimiyyətində rəsmən bazar açıb
DİA.AZ: - «Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov icra hakimiyyətində rəsmən bazar açıb». Bu barədə redaksiyamıza ünvanlanan şikayət məktubunda bildirilir. Qeyd edək ki, müraciəti edən şikayətçi jurnalist həmkarlarımızdan biridir və adının çəkilməməsi xahişi ilə probleminin işıqlandırılmasını istəyir.

Narazı həmkarımız DİA.AZ-a müraciətində yazır ki, neçə müddətdir ki, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində torpaq sahəsi alsa da, orada ev tkidirə bilmir. Səbəbisə icra hakimiyyətinin özbaşınalığıdır:

«Dəfələrlə müraciət etsəm də, məndən təkcə hasarın inşası üçün icazəyə 1500 manat pul istəyiblər. Sanki bazardır. And-aman edirlər ki, bir qəpik də aşağı düşə bilməzlər.

Hətta jurnalist olduğumu da bilirlər. Çəkinmədən bazarlıq edirlər. Halbuki diqqətlərinə də çatdırmışam ki, mən onlardan korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət edə bilərəm.

Sıravi işçilər mənə açıq şəkildə bildirirlər ki, bu, onlardan asılı olan məsələ deyil. Əgər icra başçısı «hə» deyərsə, pul almadan icazəni verib, sənədlərini rəsmiləşdirərlər».

Hər halda, bu faktın özü belə yetərlidir ki, dövlətin müvafiq qurumlarının Abşeron rayon icra hakimiyyətindəki «bazar münasibətlərini» araşdırsın.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt