Əsas Səhifə > Güney Press > Portaldan yayınmış 455 min manatlıq icarə tenderini

Portaldan yayınmış 455 min manatlıq icarə tenderini


Bu gün, 00:02
Portaldan yayınmış 455 min manatlıq icarə tenderini
“Əsaslı Tikinti və Təchizat” MMC “Bakı şəhəri, Xətai rayonu , Yeryomenko küçəsi 73 ünvanında yerləşən ofis sahəsinin istifadəsi xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib.

"DİA-AZ" xəbər verir ki, tenderin qalibi Rasim Səlim oğlu Rzayev (VÖEN: 1403312202) olub.

Qalib şəxslə 455 940 manat ödəniləcək.

Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Geri qayıt