Əsas Səhifə > Güney Press > Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!Bu gün, 17:01 |
İranın Ali Məhkəməsinin Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləməsinə terror hadisəsi zamanı həyatını itirən Orxan Əsgərovun atası Rizvan Əsgərov münasibət bildirib. "DİA-AZ" xəbər verir ki, R.Əsgərov Teleqraf.com-a açıqlamasında hadisənin ikinci ilinin yaxınlaşmasına baxamayaraq, qərarın icra olmadığını bildirib: "İlk aylarda dedilər ki, anlaqsız olub. Sonra sübut edildi ki, anlaqlı imiş. Hökumətimiz, dövlətimiz sağ olsun, sona qədər getdi və ölüm hökmü qüvvədə saxlanıldı. Bizim ailə olaraq əvvəldən də tələbimiz bu idi. Edam olunsun!". Rizvan Əsgərov İran İslam Respublikasının qanunlarına görə, edam olunan kəsin ancaq ölən şəxsin yaxınları bağışlaması məsələsinə də toxunub: onu bağışlamayacaqlarını söyləyib: "Onların qanunlarında belədir ki, ölən şəxsin atası və ya qardaşı bağışlaya bilər. Hadisədən sonra İranın nümayəndə heyəti gəldi və Baş Prokurorluqda görüş keçirildi. Orada bizə kompensasiya və ya ölüm hökmünü qüvvədə saxlamağı təklif etdilər. Amma biz açıq şəkildə bildirdik ki, edam edilsin. İnşallah hökm yaxın günlərdə həyata keçirilər". Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 2023-cü il fevralın 3-də Azərbaycan Prezidentinin sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib. Xatırladaq ki, İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib. Geri qayıt |