Əsas Səhifə > Güney Press > Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq

Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq


Dünən, 18:02
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyası "Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında" qanun layihəsini müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, məsələyə yanvarın 24-də baxılacaq.

Qeyd olunub ki, komissiya layihəni təsdiqləyərsə, məsələ plenar iclasa çıxarılacaq.

Xatırladaq ki, "Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında" qanun layihəsi yanvarın 9-da hökumətin cilasında təsdiqlənib.

Geri qayıt