Əsas Səhifə > Güney Press > Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb

Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb


Dünən, 17:11
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə maddələrin əksəriyyəti razılaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Sülh sazişi hələ imzalanmayıb, amma müzakirə olunan maddələrin əksəriyyəti razılaşdırılıb”, - spiker bildirib.

Simonyan qeyd edib ki, Ermənistan sülh prosesi çərçivəsində Azərbaycana yeni təkliflər verib: “Azərbaycan hələ bu təkliflərə cavab verməyib”.

Spiker iddia edir ki, Ermənistan qonşuları ilə münasibətləri tənzimləmək və regionda sabit sülh yaratmaq yollarını axtarır.

Geri qayıt