Əsas Səhifə > Güney Press > Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldıDünən, 17:55 |
Rusiyanın Samara şəhərində azərbaycanlı miqrantlar deputata bıçaqla hücum ediblər. Lent.az yerli mediaya istinadla bildirir ki, Samara şəhərinin Kirov rayon Sovetinin deputatı Sergey Turusinin sözlərinə görə, o, axşam saatlarında zalda üç azərbaycanlının yerli sakini döyməsinin şahidi olub. O, dərhal təcili yardım və polis çağırıb. Gələn polis hadisə şahidi olan qıza sərxoş kişilərdən qorunmaq üçün gecəni başqa yerdə keçirməyi məsləhət görüb. Qız deputata zəng edərək, gəlib onu rəfiqəsinin yanına aparmasını xahiş edib. Lakin sərxoş azərbaycanlılardan şikayət edən qızın getməsi onların xoşuna gəlməyib. Sərxoşlar deputatın avtomobilini mühasirəyə alıb, “qaçaq”ın təhvil verilməsini tələb edərək, onun şüşələrini sındırıb bıçaqla deşməyə başlayıblar. Turusin sınmış şüşənin arasından travmatik tapançadan atəş açmağa məcbur olub. Yeni gələn polisi 10-a yaxın azərbaycanlı mühasirəyə alıb, onlar həm şahidi, həm də deputatı hədələməkdən çəkinməyiblər. Geri qayıt |