Əsas Səhifə > Güney Press > Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcəkDünən, 18:10 |
Ermənistan 2025-ci ildə Rusiya və İrana qarşı sanksiyaların mümkün intensivləşməsi səbəbindən iqtisadi risklərlə üzləşəcək. Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaydığı hesabatda qeyd edilib. Hesabatda qeyd edilib ki, Rusiyaya və İrana qarşı tətbiq olunan sanksiyalar, eləcə də ikinci dərəcəli sanksiyaların sərtləşdirilməsi şəraitində Ermənistan iqtisadiyyatı yeni məhdudiyyətlərlə üzləşəcək. Xidmətin bildirdiyinə görə, "Ermənistan üçün mühüm iqtisadi problem xüsusən Rusiya Federasiyası və İran kimi bəzi ticarət tərəfdaşlarına qarşı mövcud olan sanksiyalardır. “Bu sanksiyalar Ermənistanın iqtisadiyyatına əhəmiyyətli təsir göstərə bilər. Buna görə də, ikinci dərəcəli sanksiyalarla bağlı risklər 2025-ci ildə də Ermənistan üçün aktual qalacaq. Qeyd edək ki, BMT-nin hesablamalarına görə, 2024-cü ildə Ermənistanın ÜDM-i 6% artıb, Dünya Bankı isə artımın 5.5% olduğunu bildirib. Ermənistanın 2024-cü il dövlət büdcəsi isə ÜDM-in 7% artmasını proqnozlaşdırmışdı. Ermənistan hakimiyyəti 2025-ci ildə iqtisadi artımın 5.1%-ə yavaşlamasını gözləyir. Dünya Bankı 5% , BMT 5.2%, Avrasiya İnkişaf Bankı isə 5.5% artım proqnozlaşdırır. Geri qayıt |