Əsas Səhifə > Güney Press > Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq24-01-2025, 20:46 |
Bu il Milli Məclisin yaz sessiyası fevralın 3-də başlayacaq. Axar.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu il fevralın 1-i şənbə gününə təsadüf etdiyi üçün yaz sessiyasının ilk iclası fevralın 3-də keçiriləcək. Geri qayıt |