Əsas Səhifə > Güney Press, Reklam > "Azercell"-in dəstəyi ilə Ümümdünya Startap Müsabiqəsinin Bakı turu baş tutub
"Azercell"-in dəstəyi ilə Ümümdünya Startap Müsabiqəsinin Bakı turu baş tutub22-04-2014, 16:27 |
Ölkəmizin mobil bazarının lider şirkəti olan Azercell Telekom uzun illər ərzində Azərbaycanın istedadlı gənclərinə dəstək göstərməkdədir. Aprelin 18-də Barama İnnovasiya Mərkəzi, İsveçrənin Seedstars şirkəti və ADA Universitetinin təşkilatı dəstəyi ilə Ümumdünya Startap Müsabiqəsinin Bakı mərhələsi keçirilib. Sözügedən tədbirdə yerli şirkətlər, startaplar və layihə rəhbərləri iştirak edib öz layihələrini təqdim edərək, gələcək planları ilə bölüşüblər. Bu mərhələnin qalibi mobil əlavələr üçün reklam təklifi təqdim edən “ManADS” gənc startap layihəsinin komandası olub. Bu komanda İsveçrənin Cenevrə şəhərində keçiriləcək Qrand Final tədbirində iştirak etmək imkanı qazanıb. Hesablamalara əsasən, Ümumdünya Startap Müsabiqəsi 30-dan çox ölkədən 600-dan çox iştirakçı şirkəti cəlb edib. Bu müsabiqə 2 ildən artıq fəaliyyət göstərən və gəlir səviyyəsi 500,000 ABŞ dollarına qədər təşkil edən şirkət və layihələr üçün nəzərdə tutulub. Məlumat üçün bildirək ki, təkcə 2014-cü ilin ilk 4 ayı ərzində Azercell-in Barama İnnovasiya Mərkəzi mühəndislər üçün Qış düşərgəsi, Oracle istifadəçiləri üçün təlim seminarları və Linux istifadəçiləri üçün seminar keçirib. Tədbirlərin əsas məqsədi texnologiya sahəsində fəaliyyət göstərən və ya bu sahəyə marağı olan insanları bir araya toplayaraq bilgi paylaşımını dəstəkləmək və praktiki biliklər təqdim etməkdir. Barama İnnovasiya Mərkəzi tərədindən keçirilən layihələrlə bərabər, Azercell şirkəti digər proqramlar vasitəsilə də gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd alırlar. Eyni zamanda Azercell-in həyata keçirdiyi Sosial Layihələrin böyük bir qismi təhsillə bağlıdır. 2013-cü ildə Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 0.4 milyon manat, 17 il ərzində isə təqribən 14 milyon manat həcmində vəsait sərf edib. Eyni zamanda, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell-in təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində və Naxçıvan Dövlət Universitetində ilk dəfə olaraq 4G laboratoriyaları təşkil edilmişdir. Azercell bacarıqlı gənclərin uğurlu karyera qurması və inkişafı üçün hər zaman öz dəstəyini göstərir. Geri qayıt |