Əsas Səhifə > Güney Press > Tramp və Paşinyanın sirli fotosu

Tramp və Paşinyanın sirli fotosu


Dünən, 17:28
Tramp və Paşinyanın sirli fotosu
Erməni mənbələri iddia edir ki, fevralın 5-də Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-a səfər edib Prezident Donald Trampla görüşəcək. ABŞ-la Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq xartiyasından sonra bu görüşün baş tutmasının İrəvana hansı imkanlar açaçağı maraq doğurur.

Məlum olduğu kimi, Tramp hələ ki Paşinyanla rəsmi görüş keçirməyib, bununla bağlı dəvət də ünvanlamayıb.

Hazırda iki ölkə əməkdaşlığı daha da artıra bilərmi?

Globalinfo.az-a danışan politoloq Elnur Kəlbizadə deyib ki, Nikol Paşinyanın fevral ayının 3-7-də ABŞ-a səfəri nəzərdə tutulur:

“Bu, rəsmi səfər deyil, yaxud da iki ölkənin administrasiyaları arasında razılaşdırılmayıb. Paşinyan ABŞ-a Beynəlxalq Dini Azadlıq Sammitində iştirak etmək üçün gedir. Hazırda Nikol Paşinyan rejiminin təmsilçiləri çalışır ki, Tramp administrasiyası ilə əlaqələr qurulsun. Hətta erməni mənbələrinin yaydığı məlumatlardan aydın olur ki, həmin sammitdən sonra Trampla Paşinyanın yanaşı gəlməsini göstərən müəyyən fotoların çəkilməsi üçün belə cəhdlər göstərirlər. İndiyə qədər açıqlanan xəbərlər ondan ibarətdir ki, görüş üçün Paşinyan hakimiyyəti cəhdlər göstərsə də Tramp administrasiyasından rəsmi cavab verilməyib. Ermənistan KİV-in Paşinyana mövzu ilə bağlı göndərdiyi sorğular da cavabsız qalıb”.

Politoloqun sözlərinə görə, erməni lobbisi qeyri-rəsmi, ayaqüstü formada belə olsa, Paşinyan və Tramp arasında danışıqların aparılmasına çalışacaq:

“Ötən ilin noyabr ayında Ermənistan Baş naziri və ABŞ prezidenti arasında aparılan telefon danışıqlarında bölgədəki vəziyyət, şərait müzakirə edilmişdi. İndiki halda Nikol Paşinyanın Vaşinqtonda sözügedən sammitə qoşulması gülünc görünür. Çünki Ermənistanda dini azlıqların hüquqları kifayət qədər məhdudlaşdırılıb. Müsəlman azərbaycanlılar 1980-90-cı illərdə bu ölkənin ərazilərindən qovulublar.

Bu gün Azərbaycan onların hüquqlarının bərpası üçün addımlar atır, çağırışlar edir, amma Paşinyan hökuməti bunun təmin olunması üçün real addımlar atmır. Qəribədir ki, illərlə müsəlman dini abidələrini dağıtmış, ölkə ərazisində onların hüquqlarını tamamilə məhdudlaşdırmış, onlara ibadət etmək üçün heç bir şərait yaratmamış Ermənistan lideri ABŞ-da Beynəlxalq Dini Azadlıq Sammitində iştirak etməyə hazırlaşır”.

Geri qayıt