Əsas Səhifə > Güney Press > Rusiyadan Azərbaycana müsbət cavab

Rusiyadan Azərbaycana müsbət cavab


Dünən, 19:06
Rusiyadan Azərbaycana müsbət cavab
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun son açıqlaması böyük maraq yaradıb. Belə ki, o, Moskvanın Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesində ölkələrə məsləhətçi yardım göstərməyə hazır olduğunu bildirib. Eyni zamanda Rusiyanın müvafiq kartoqrafik materialı olduğu və lazım gələrsə, delimitasiya və demarkasiyada iştirak edən tərəflərin tələbi ilə onlara verilə biləcəyini diqqətə çatdırıb.

Son hadisələr fonunda Azərbaycan Rusiya vasitəçiliyinə müsbət yanaşa bilərmi?

Globalinfo.az
-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi ilə bağlı yaradılan komissiya uğurlu sayıla bilər:

“İki ölkə arasındakı münasibətlərə bu və ya digər formada vasitəçilik etmək istəyən qüvvələr həmişə mövcud olub. Rusiya, ABŞ və Aİ formatında baş tutan görüşləri buna misal çəkmək olar. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, xoşməramlı ölkələrin vasitəçiliyinə etiraz etmirik. Lakin daha çox ikitərəfli danışıqların aparılmasında maraqlıyıq. Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan çox yaxşı nümunələr ortaya qoydu. Bir neçə prinsipial məsələlərdə razılığa gəldilər. Sərhədlərin delimitasiya və demarkasiyasına da beləcə başlanıldı”.

Deputatın sözlərinə görə, Azərbaycan və Ermənistan vacib məsələlərdə özləri razılıq əldə edə bilir, lakin son zamanlarda sülh müqaviləsinin imzalanmasında yaranan əngəllər Ermənistanın yarıtmaz siyasətindən qaynaqlanır:

“Ermənistan hakimiyyəti ölkəni digər dövlətlərin plastarmına çevirib. Ərazidə iki mindən çox əməkdaşı olan ABŞ səfirliyi, Rusiya hərbi bazası, NATO qüvvələri, Aİ missiyası tərkibindəki xüsusi təyinatlı, jandarm qüvvələr və s. var. Ermənistan müstəqil qərar verə bilmir. Digər ölkələrin alətinə çevirilib ”.

Geri qayıt