Əsas Səhifə > Güney Press > Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı

Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı


Bu gün, 10:39
Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı
Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın iştirakı ilə "Tsitsernakaberd" memorial kompleksində baş verən insidentlə bağlı təxminən 30 şahidə bildiriş göndərib.

“Report” xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti yazır.

Bildirişlərin bir çoxu İstintaq Komitəsinin hər gün dindirilməyə dəvət etdiyi "Milli Demokratik Qütb"ün üzvlərinə göndərilib. Müstəntiqlər "xain", "torpaqları təhvil verən" şüarları səsləndirən şəxslərin axtarını davam etdirsələr də, tapa bilmirlər.

İnsidentdən sonra 7 nəfər saxlanılıb. Ermənistan Cinayət Məcəlləsinin 239-cu maddəsi (nifrət, dözümsüzlük və ya düşmənçiliyin qızışdırılması və ya təbliği) ilə iş başlanıb.

Hazırda təqsirli bilinən 67 yaşlı Tiqran Drmeyanın işi artıq məhkəmədədir.

Qeyd edək ki, 2024-cü il aprelin 24-də kiçik qızı Arpi ilə "Tsitsernakaberd" memorial kompleksinə gələn baş nazirin həyat yoldaşı fitə basılıb.

Geri qayıt