Əsas Səhifə > Güney Press > Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır31-01-2025, 15:19 |
![]() Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazırdır. “Report” yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib. "ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcudluğunun mənası nədir? Ancaq biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də Minsk qrupunun buraxılması eyni məna daşıyır" - o qeyd edib. Geri qayıt |