Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Mətbuatda aparılan kampaniyalar hakimiyyətin özünü də yorub

Mətbuatda aparılan kampaniyalar hakimiyyətin özünü də yorub


23-04-2014, 14:46
Mətbuatda aparılan kampaniyalar hakimiyyətin özünü də yorub
DİA.AZ: - «Hakimiyyət daxilində güclər arasında gedən savaş artıq mətbuatı belə iyrənc duruma salıb. Bu gün Azərbaycan mediası ayrı-ayrı qüvvələrin döyüş meydanına çevrilib. Jurnalistlər bu günə qədər olmayan kimi istifadə olunur. Daha anlamırlar ki, ertəsi günü həmin məmurlar yenidən qolboyun olacaqlar. Arada yanan, yandırılan isə mətbuat olacaq».

Bu ifadələr DİA.AZ-ın elektron ünvanına göndərilən məqalədə yer alıb. Məqalə müəllifi ad çəkməsə də, olduqca ilginc nüanslara toxunub: «Hakimiyyətə aid qruplaşmalar mənsəb, mövqe, pul uğrunda mübarizə aparırlar. onlar hər zaman belə olublar. Amma bu gün aralarındakı sərinlik mətbuata sıçrayır. Çünki artıq yeni xətt inkişaf etdirilir. Hakimiyyət daxilindəki qruplaşmalar rəqiblərini ilk əvvəl ictimai rəydə ifşa edirlər, sonra da onlar barəsində qərarın verilməsinə nail olurlar».

Məqalə müəllifi yazır ki, yaxın günlərdə daha bir neçə həmlə olacaq: «Hədəflər bəllidir. Hansı məmurların yola salınmasını istədiklərini mətbuatı ötəri də olsa izləmək bəs edir. Buna nail olacaqlarmı? Görünəni odur ki, hə… Bu gün mətbuat çox güclü mövqedədir. Mətbuatın əli ilə çox ciddi dövlət məmurları nüfuzdan salınır. Onlar barəsində istənilən rəy formalaşdırılır. Halbuki mətbuatın əli ilə hətta ən təmiz adamı belə ləkələmək mümkündür».

Məqalə müəllifi idda edir ki, 3 nazirin, 2 komitə sədrinin və daha 14 nüfuzlu məmurun adı bu gün «qara siyahı»dadır: «Onlarla bağlı mediaya təlimat verilib. Ələ düşən fürsətdəcə həmin fiqurlar hədəfə alınır. Vəziyyətin bu şəkildə davam etdiriləməyəcəyini isə hər kəs yaxşı bilir. Yəqin ki, qısa müddətə bütün bu kampaniyalar durdurulacaq. Artıq bununla bağlı hakimiyyət dəhlizlərində də ciddi müzakirələr aparılır».

Geri qayıt