Əsas Səhifə > Güney Press > Vahid Əhmədov təkzib etdi:

Vahid Əhmədov təkzib etdi:


Bu gün, 14:41
Vahid Əhmədov təkzib etdi:
“Xəstəxanaya yerləşdirilməyimlə bağlı yayılan məlumatlar tamamilə yalandır”.

Bu sözləri Globalinfo.az-a sabiq deputat Vahid Əhmədov deyib.

O, Almaniyada xəstəxanaya yerləşdirilməsi ilə bağlı yerli mətbuatda yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:

“Nə xəstəxana? Mən hazırda Bakıdayam, evimdə oturmuşam. Haqqımda yayılanlar yalan söhbətdir. Məndən bu barədə açıqlama alan da olmayıb”.

Qeyd edək ki, sabiq millət vəkili Vahid Əhmədovun Almaniyaya aparıldığı və hazırda bu ölkənin xəstəxananalarından birinə yerləşdirildiyinə dair xəbərlər yayılıb.

Geri qayıt