Əsas Səhifə > Güney Press > Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil

Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil


Bu gün, 11:29
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil
Ermənistanın paytaxtı İrəvanın mərkəzi Respublika meydanında “Qarabağ” mahnısının Güney azərbaycanlılar tərəfindən səsləndirilməsi ətrafında erməni “şərhləri” davam edir. Erməni politoloq Argişti Kiviryan bu mahnının səslənməsi ilə Azərbaycan liderinin Ermənistanda faşizm olması barədə sözlərinin üst-üstə düşməsini “təsadüfi” saymayıb. Buna baxmayaraq, bu məqamda ermənilərin faşist kimi göründüyünü də etiraf edib:

“İstisna etmirəm ki, azərbaycanlılara müxtəlif səbəblər verilir. Baxmayaraq ki, müharibəyə başlamaq üçün onlara böyük ölçüdə səbəblər lazımdır, ancaq bu, (“Qarabağ” mahnısına ermənilərin reaksiyası – red.) effekti artırır. Türkiyə və Azərbaycanın əhatəsində olan, hakimiyyətdə Paşinyanın olduğu Ermənistan cəmiyyəti tələyə düşməmək üçün diqqətli olmalıdır. Mən təsadüflərə inanmıram”. O bildirib ki, təxminən eyni şey 2018-ci ildə hakimiyyət gümüş nimçədə Nikol Paşinyana təhvil verilərkən də yaşanıb. Qeyd edək ki, Respublika meydanında “Qarabağ” mahnısını oxuyanlar İrəvanda olan İran vətəndaşları, Güney azərbaycanlılar olublar. İfanı xüsusi statusla paylaşan Qərib Babayana qarşı “nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyin qızışdırılması” ittihamı irəli sürülsə də, o, həbs olunmayıb və polis nəzarətinə verilib. İrəvanın mərkəzində “Qarabağ” mahnısını ifa edənlərdən biri - Milard Vahidini isə 1 fevralda tamamilə başqa ittihamla, şərləyərək həbs ediblər. Guya o, İrəvanda ictimai nəqliyyatda asayişi pozub və bir neçə ermənini döyüb.

Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, beş nəfər Güney azərbaycanlının İrəvanın mərkəzində “Qarabağ” mahnısını ifa etməsinə ermənilərin verdiyi isterik reaksiyalar onu göstərir ki, 44 günlük müharibədən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil:

"Ermənistanda cəmi 8-10 faiz erməni real sülh istəyir. Bu, olduqca cüzi göstəricidir. Bir ovuc sülh tərəfdarı ilə adekvat və sülhsevər Ermənistan qurula bilməz. Keçmiş prezidentlər, Robert Koçaryan kimi quldurlar həmin videonu tirajlamaqla onsuz da irqçi-nasist təfəkkürdən əziyyət çəkən ermənilərdə Azərbaycana qarşı nifrəti daha da körükləməyə çalışırlar. Nikol Paşinyan iki ölkə arasında real ülh inşa etmək istəyirsə, ilk növbədə Koçaryan, Sarkisyan kimi müharibə canilərini, Poqosyan, İsgəndəryan, Danielyan kimi qızışdırıcı-revanşist ekspertləri və davakar erməni Kilsəsini tam neytrallaşdırmalıdır. Bunu etmədən Paşinyanın sülhlə bağlı digər addımlar atması və real nəticələr əldə etməsi mümkünsüz olacaq".

Geri qayıt