Əsas Səhifə > Güney Press > Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırırBu gün, 11:48 |
ABŞ hakimiyyəti Politico, The New York Times və Associated Press qəzetlərinə maliyyə dəstəyini dayandırır. Musavat.com xəbər verir ki, məlumatı X-də ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask açıqlayıb. Onun sözlərinə görə, söhbət bütün hallarda ABŞ hökumətinin müxtəlif departamentlərinin bu KİV-lərin xidmətlərinə bahalı abunə haqqı ödəməsindən gedir. Maskın sözlərinə görə, Dövlət Departamenti Associated Press agentliyinə ödəniş etməyi dayandırıb, Xəzinədarlıq The New York Times qəzetinə abunə ödənişlərini dayandırıb, Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Politico-nun xidmətlərindən imtina edib. Ağ Evin mətbuat katibi Caroline Leavitt bildirib ki, ABŞ hökuməti Politico-ya illik təxminən 8 milyon dollarlıq abunəni ləğv edəcək. O, Politico-nun Amerika vergi ödəyiciləri tərəfindən effektiv şəkildə subsidiya edildiyini və DOGE komandasının artıq qəzetə ödənişləri ləğv etmək üçün işə başladığını qeyd edib. İndi Maskın departamenti ABŞ-ın digər media orqanlarına abunə üçün federal xərclərin auditinə başlayıb. Bundan əvvəl o, medianın dövlət vəsaiti hesabına maliyyələşdirilməsi praktikasına qarşı kəskin çıxış edib. Geri qayıt |