Əsas Səhifə > Güney Press > Sonunda çanaq öz başlarında çatladı
Sonunda çanaq öz başlarında çatladıBu gün, 16:11 |
"Belə bir fikir var: ən yaxşı hakim zamandır. Azərbaycan davamlı olaraq Qərbin xarici ölkələrin daxili işinə müdaxilə məqsədi ilə bağlı yaratdığı beynəlxalq təşkilatların fəaliyyətini ifşa etsə də, bir çoxları buna inanmaq istəmirdi. Artıq Qərb ölkələri özləri belə dünyada demokratiyanın, qanunun aliliyinin müdafiəsi, humanitar yardım göstərmək adı altında yaradılan təşkilatların hansı çirkin oyunlarını reallaşdırmaq üçün yaratdıqlarını etiraf etməkdədir. ABŞ-nin yeni prezidenti Donald Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv edilməsi barədə qərarı bunun bariz nümunəsidir". Bunu Ölkə.Az-a açıqlamasında deputat İlham Məmmədov deyib. O bildirib ki, ABŞ rəsmiləri belə USAID-in fəaliyyətindəki pozuntularını açıq və sərt formada dilə gətiriblər. "ABŞ Prezidentinin mətbuat katibi Karoline Leavit bu günlərdə verdiyi açıqlamada USAID-in dünyanın müxtəlif ölkələrində LGBT təbliğatından tutmuş, irqi ayrı-seçkiliyi, terrorçu qruplaşmaları, narkotik becərilməsindək proqramların həyata keçirilməsi üçün yüzmilyonlarla dollar vəsaitin xərcləndiyini açıq şəkildə ifadə edib. Ağ Evin rəsmi nümayəndəsi artıq bir vergi ödəyicisi kimi pullarının bu cür çirkin məqədlər üçün istifadə edilməsinə qarşı çıxıb. Bu bir daha açıq şəkildə sübut edir ki, USAİD-in məqsədi heç də dünyada demokratiya, insan haqlarının müdafiəsi, insanlara, ölkələrə humanitar yardım göstərmək yox, öz çirkin oyunlarını reallaşdırmaq, lazım gələndə ölkələrin daxili işinə qarışıb ictimai-siyasi sabitliyi pozmaq, hakimiyyət çevrilişləri etmək, dünyanın müxtəlif bölgələrində separatizmi təvşiq etmək olub. Bu təşkilat öz çirkin niyyətlərini həyata keçirmək üçün öz casus şəbəkəsinin formalaşdıraraq müxtəlif proqramların icrası adı altında maliyyələşdiriblər. İndi təşkilatın bağlanmasını eşidən kimi həmin isanlar təlaş keçirməkdədirirlər. Onlar açıq şəkildə Trampa qarşı "üsyan" edib onun fəaliyyətini nəinki kəskin tənqid edirələr. Hətta Trampı diktator adlandırmaqdan belə çəkinmirlər. Biz belə təşkilatların, o cümlədən USAİD-in Azərbaycan qarşı qərəzli münasibətinin, o cümlədən ölkəmizin daxili işlərinə müdaxiləsinin şahidi olmuşuq. Lakin cənab Prezidentin uzaqgörənliyi və qətiyyəti nəticəsində onların bu cür destruktiv fəaliyyətinin qarşısı zamanında alınıb. USAİD-ə gəldikdə isə bu təşkilat Azərbaycana qərəzli münasibəti İkinci Qarabağ müharibəsindən sonra ortadadır. Azərbaycan beynəlxalq hüququn tələb və qaydalarına uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini USAİD heç cür həzm edə bilməyərək Ermənistana açıq şəkildə havadarlıq etməyə başladı. Son 4 il ərzində USAID-in rəhbər şəxsləri Ermənistana davamlı səfərlər edərək bölgədə dayanıqlı sülhün, sabitliyin və sıx əməkdaşlığı təvşiq edib bu işə töhfə vermək əvəzinə, gərginliyin davam etməsi istiqamətində pozucu fəaliyyətlə məşğul oldular. USAİD bu müddət ərzində Cənubi Qafqazda gərginliyin və sabitliyin pozulması məqsədilə Ermənistanda revanşizmi və separatizmi təşviq ediblər. Amma zaman yetişdi ki, haqq-ədalət öz yerini tapdı. Çirkin oyunlar üçün yaradılan təşkilatları özləri ləğv etmək qərarına gəliblər. Necə deyərlər, çanaq öz başlarında çatladı. Əsl siması ifşa olunan USAID-in tarixə qovuşması artıq qaçılmaz bir prosesə çevrilib. Hesab edirəm ki, növbə müxtəlif adlarla ölkələrin daxili işlərinəkobud surtədə müdaxilə edən digər dırnaqarası beynəlxalq təşkilatlara da çatacaq". Geri qayıt |