Əsas Səhifə > Güney Press > Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir?
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir?Bu gün, 14:20 |
![]() Böyük Kilikiya Evinin katolikosu ABŞ Prezidentinə seçki kampaniyası zamanı verdiyi açıqlamaları xatırladır. "Cebheinfo.az" xəbər verir ki, Böyük Kilikiya Evinin katolikosu I Aram Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa xüsusi məktub göndərərək, Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin azad edilməsi üçün vəziyyətə müdaxilə etməyi xahiş edib. Kilikiya Katolikosluğunun bəyanatında I Aram Trampın “qızıl əsr” açmaq və sülh naminə işləmək vədini alqışladığını qeyd edib. O, ABŞ Prezidentinə “seçki kampaniyası zamanı “Qarabağ xalqı”nın “etnik təmizləmə” və “məcburi deportasiyası”nı pislədiyini, eləcə də “Artsax xalqı”nın geri qaytarılması hüququnu vurğuladığını” xatırladıb. Katalikos ABŞ Prezidentinin diqqətini hazırda Bakıda həsdə saxlanılan, hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi prosesinə yönəldib. I Aram həmin şəxslərin qeyd-şərtsiz azadlığa buraxılması naminə Azərbaycan Prezidentinin onları mümkün qədər tez əfv etməsi üçün vəziyyətə şəxsən müdaxilə etməyə çağırıb. Hətta I Aram Azərbaycan xalqına qarşı etnik təmizləmə, terror və soyqırım aktları törətmiş şəxsləri öz məktununda “Bütün ermənilərin əzabına və qəzəbinə səbəb olan “Artsax”dakı qanunsuz siyasi məhbuslar” adlandırıb. “Belə bir addım Ermənistan və Azərbaycan arasında və bütün regionda sülh prosesinə, “Artsax” ermənilərinin “Artsax”a qayıtması üçün müsbət şəraitin yaradılmasına töhfə verəcək və eyni zamanda Prezident Trampın sülh missiyasının əyani ifadəsi olacaq", - deyə I Aram vurğulayıb. Geri qayıt |