Əsas Səhifə > Güney Press > Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir
Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədirDünən, 14:59 |
![]() Qaz tədarükünə ehtiyacı olan Avropa Ukrayna ərazisindən keçməklə Azərbaycandan mavi yanacağın tranzitinin perspektivlərini istisna etmək iqtidarında deyil. AzVision.az xəbər verir ki, Avstriyanın “OMV” neft-qaz konserninin rəhbəri Alfred Ştern “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində belə deyib. “Biz bütün enerji resurslarının, o cümlədən qazın tədarükünü artırmalıyıq və biz heç nəyi istisna edə bilmərik. Mən gələcəkdə özümü yalnız bir təchizatçının əlinə verməzdim. Qalanı siyasi məsələdir”, - “OMV” icraçı direktoru Azərbaycandan qazın Ukrayna ərazisindən tranzitini dəstəkləmək barədə sualın cavabında bildirib. Bu arada, “Bloomberg” agentliyi soyuq hava səbəbindən anbarlardan götürülmələrin artması fonunda Avropada təbii qaz fyuçerslərinin qiymətlərinin 2023-cü ilin fevralından bəri ən yüksək həddə çatdığını yazıb. Bu gün fyuçers müqavilələrinin qiymətləri 4,1% artaraq bir meqavat-saat üçün 58 avroya çatıb. Qiymət artımı dörd həftə ardıcıl olaraq davam edir. Habelə yaxın günlərdə Avropanın şimal-şərq regionlarında soyuqlaşma gözlənildiyinə görə də, bazar iştirakçıları qaza tələbatın daha da artacağını düşünürlər. “Bloomberg” bildirir ki, artan tələbat Avropada yeraltı qaz anbarlarında qaz ehtiyatlarının azalmasına səbəb olub. Onlar indi 2022-ci il enerji böhranından bəri ilin bu vaxtı üçün ən aşağı səviyyədədir - keçən il fevralda 67% dolu olduğu halda, indi bu rəqəm 49%-ə bərabərdir. - Avropa İttifaqının (Aİ) qaz tədarükünün yaza qədər aşağı olacağı riski son həftələrdə artıb. Biz fyuçers qiymətlərinin təkcə qarşıdakı ay üçün deyil, həm də 2026-2027-ci illər üçün artımını görürük”, - “Global Risk Management” şirkətinin analitiki Arne Lomann Rasmussen qaz bazarındakı vəziyyəti şərh edib. Geri qayıt |