Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Qazaxda Azərbaycan qanunları işləmir? – İcra başçısından sahibkarlar şikayətlənir
Qazaxda Azərbaycan qanunları işləmir? – İcra başçısından sahibkarlar şikayətlənir24-04-2014, 15:42 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup Qazax rayon sakini bildirir ki, nədənsə onların rayonlarında Azərbaycan dövlətinin qanunları, Azərbaycan prezidentinin göstərişləri, sərəncamları, fərmanları işlək vəziyyətdə deyil. Sakinlərin DİA.AZ-a yazdığı şikayət məktubunda deyilir: «Bizim rayonun icra başçısı sarıdan bəxti gətirməyib. Neçə müddətdir ki, Ayaz Əsgərov rayonda fironluq edir. Prezident dəfələrlə öz çıxışlarında bildirib ki, icra başçıları sahibkarları zorla hansısa işə cəlb etməməlidirlər. Amma Ayaz Əsgərov kimə necə güvənirsə, prezidentin göstərişlərini də qulaqardına vurur. Yenə də bütün iş adamlarından aylıq haqqı əvvəlki kimi yığmaqla yanaşı, hətta əlavə haqq da müəyyən edirlər». Sakinlər bildirir ki, konkret olaraq Qazax rayonunda bazarın yaxınlığında yerləşən iş yeri sahiblərindən alınan icra başçısı üçün aylıq haqqın miqdarı 50-100 manat arası artırılıb: «Yəqin ki, Qazax rayonunun Azərbaycana aidiyyatı yoxdur. Olsaydı, Ayaz Əsgərov belə eləyə bilməzdi». Onu da xatırladaq ki, Qazax İH-nin başçısına qarşı keçən ilin sonlarına yaxın şok ittihamlar da səslənmişdi. Belə ki, yerli maliyyə idarəsinin müdiri ilə birgə icra başçısının büdcə təşkilatlarında çalışanların pullarını gecikdirməsi və bu yolla da külli miqdarda gəlir əldə etdiyi bildirilirdi. Qarşı tərəfin də mövqeyinə yer ayırmağa hazırıq… Geri qayıt |