Əsas Səhifə > Güney Press > Qızılın qiyməti tarixi rekordunu yenilədi
Qızılın qiyməti tarixi rekordunu yenilədiBu gün, 10:37 |
Qızıl fyuçerslərinin qiyməti yeni tarixi maksimuma çatıb. Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb. Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti bir troy unsiyası üçün 2 950 dolları keçib. Bakı vaxtı ilə saat 05:09-a olan məlumata görə, qızılın qiyməti 1,60% artaraq 2950,3 dollar olub. Bakı vaxtı ilə saat 05:12-də qızılın qiyməti artmaqda davam edərək bir unsiya üçün 2953,8 dollara (+1,72%) çatıb. Bakı vaxtı ilə saat 05:17-də qızılın qiyməti artımını yavaşladıb və bir unsiya üçün 2953,2 dollar (+1,70%) təşkil edib. Geri qayıt |