Əsas Səhifə > Güney Press > “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır”

“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır”


Dünən, 18:19
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır”
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevi kinostudiyaya getməməkdə günahlandırıb. Bu barədə o, Qaynarinfo.az-a açıqlamasında danışıb: “Kinonun yiyəsi rejissordur. Aktyor kinonun sahibi ola bilməz. İndi iki aktyor Azərbaycan kinosuna rəhbərlik edir. Onların heç biri 40 ildir kinostudiyanın qapısını tanımır. Heç bilmirlər ki, kinostudiyanın qapısı hardadır. Mən deyən kimi hamı üstümə tökülür. Rasim Balayev mənim 80 illik yubileyimi təbrik də etmədi”.

Xalq artisti Rasim Balayev rejissorun dedikləri ilə bağlı Musavat.com-un suallarını cavablandırıb.

-Rasim müəllim, Şeyx Əbdül sizi kinostudiyanın qapısını açmamaqda günahlandırır...

- Kinostudiyada kim var ki... Nəyə gedim?! Orada 3-4 işçi var. Şeyx Əbdüldür də, danışır.

- Şeyxlə illərlə dostluq etmisiniz. Bəs indi nə baş verir? Hətta onun doğum gününü də təbrik etməmisiniz.

- Bunu Şeyx Əbdüldən soruşun. Deyin ki, Rasim niyə səni danışdırmır, qoy cavab versin. Münasibətimizi Əbdülün özü korladı. Münasibəti korlanan adamlar bir-birini təbrik edərmi heç? Guya o mənim 75 illiyimi təbrik etdi?!

- Yəqin Şeyx Əbdül sizin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmənizi qəbul etməyib, ona görə əlaqələriniz kəsilib.

- Şeyx Əbdüllə 57 il dostluq etmişəm, sonra çıxıb ağzına gələni danışdı. Dedi ki, Rasim Balayev Azərbaycan kinosunun pazıdır. Bunu deyən adamın mən 80 illiyini necə təbrik edim?! Şükür edirəm ki, bu gün mənim ayağım xəstədir, Əbdül kimi başım xəstə deyil. Ramiz Rövşənin şeiri var, deyir insan iki yerdən qocalır: bir başdan, bir də ayaqdan. Əbdül başdan qocalıb. Ona görə də qoy danışsın da...

- Şeyx Əbdülü haqqınızda belə söz deməyə nə vadar edib?

- Heç bir səbəb yoxdur. Aramızda heç kiçik mübahisə də olmamışdı. Birdən-birə başaldı mənə layiq olmayan sözlər danışmağa.

- Sənət yoldaşınız Şəfiqə Məmmədova ilə münasibətiniz necədir?

- Əladır, biz bir yerdə çalışırıq.

- Yeri gəlmişkən, səhhətinizlə bağlı vəziyyət necədir?

- Babatdır. Fizioterapiyaya gedirəm, ağrıların qarşısını bir az alıram. Allah hərəyə bir ömür payı verib. Əsas odur ki, insan yaşlandıqca kamilləşsin. Lakin bəzən bunun əksini görürük.

Geri qayıt