Əsas Səhifə > Güney Press > Tehran qaranlığa qərq oldu,

Tehran qaranlığa qərq oldu,


Bu gün, 11:57
Tehran qaranlığa qərq oldu,
Ötən gecə İranın paytaxtı Tehranın bir çox bölgəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Axar.az xəbər verir ki, İran Enerji Nazirliyi elektrik enerjisinin verilməməsini paytaxtın elektrik stansiyalarında qazın olmaması ilə əlaqələndirib.

Elektrikin kəsilməsindən sonra Tehranın Narmək, Tehranpars, Pasdaran, Şəhrək-i Qərb və paytaxtın mərkəzi bölgələri qaranlığa qərq olub.

Enerji Nazirliyinin problemin həlli üçün vətəndaşlara elektrik və maye qazdan istifadəyə qənaət barədə çağırışından sonra vətəndaşlar qaranlıq küçələrə, evlərinin damlarına və balkonlara çıxaraq, hökumət əleyhinə şüarlar səsləndiriblər.

Geri qayıt