Əsas Səhifə > Güney Press > "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan,
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan,Bu gün, 17:08 |
![]() Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Bakı və İrəvan danışıqları müstəqil aparmağa qadir olduqlarını söyləyib. "Rusiya İrəvanla Bakı arasında danışıqlara kömək etməyə hazırdır, lakin onlar danışıqları müstəqil aparmağa qadirdirlər", - Kremlin sözçüsü vurğulayıb. Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Ermənistanda Paşinyan hakimiyyəti baş nazir bir çox təşkilatlardan asılı vəziyyətdədir: “Ermənistan gah Qərbə, gah Avropaya arxalanır, Fransanın dedikləri ilə hərəkət edir. Digər tərəfdən Rusiya ilə də gərgin qarşıdurmaya getmir və ikibaşlı oyun oynayır. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində heç bir vasitəçinin olmaması Azərbaycanın maraqlarına uyğundur, burada Ermənistanın qəti fikri müəyyən deyil”. Tahir Rzayev qeyd edib ki, Paşinyan özündə qətiyyət tapıb, konkret mövqe nümayiş etdirməli və heç bir dövlətin vasitəçiliyi olmadan Azərbaycanla münasibət yaradıb, sülh müqaviləsinin imzalanması üçün operativ addım atmalıdır. “Bu addım bu gün üçün çox vacibdir. İqtisadi, siyasi böhran vəziyyətində olan Ermənistan üçün bu daha əhəmiyyətlidir. Çünki Ermənistan artıq öz havadarlarını itirir və itirməkdədir. Ona yaxından kömək edən, Paşinyanı hakimiyyətə gətirən “SOROS” fondu artıq məhvə gedir. USAID ləğv olunmaqdadır. Fransa da ciddi siyasi "tənəzzül" dövrünü yaşayır. Makron nüfuzunu beynəlxalq aləmdə tamamilə itirib. Seçkilərdən sonra ABŞ-da da tamam başqa bir siyasi vəziyyət yaranıb. Artıq Bayden hakimiyyəti mövcud deyil. Trampın Ermənistana münasibəti o qədər də sağlam deyil. Öz dayaqlarını, köməyini, havadarlarını itirən Ermənistan indi vəziyyətdən çıxış yolu tapmalı, danışıqlara gəlməli və heç bir iştirakçı, vasitəçi olmadan sülh müqaviləsinin imzalanmasına imkan yaratmalı, qarşı tərəf olaraq imza atmalıdır”-deyə Tahir Rzayev bildirib. Geri qayıt |