Əsas Səhifə > Güney Press > Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb

Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb


18-02-2025, 16:11
Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb
Ötən ay Azərbaycana xarici ölkələrdən 1 445 ton kərə yağı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 6,96 dollar (11,8 manat) olub.
Qeyd edək ki, ötən ilin eyni dövründə 1 022 ton kərə yağı idxal edilib və 1 kiloqramının orta gömrük dəyəri 5,3 dollar (9 manat) olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, idxal olunan kərə yağının gömrük dəyəri ötən bir il ərzində 31% və ya 2,8 manat artıb.
Onu da bildirək ki, ötən ilin yanvar ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 19,5 manat olduğu halda, ilin sonunda – dekabr ayında 22,4 manata yüksəlib.

Geri qayıt