Əsas Səhifə > Güney Press > İqtisadçıdan həyacan təbili:

İqtisadçıdan həyacan təbili:


20-02-2025, 19:02
İqtisadçıdan həyacan təbili:
Bazarlarda həm bostan, həm də qoz-fındıq məhsulları qıtlaşıb.
"DİA-AZ" Xəzər TV-yə istinadən bildirir ki, söhbət yerli məhsullardan gedir.
Müxtəlif ölkələrdən idxal olunan məhsulların qiymətləri isə fərqlidir. Kimisi qoz ləpəsinin Qırğızıstandan, kimisi Ösbəkstan gətirldiyini deyir. Satıcılar iddia edir ki, son zamanlarda bazar əgər yerli məhsulların ümidinə qalsa qiymətlər həddən artıq baha olar.
Azərbaycana qabıqlı qoz və qoz ləpəsi Rusiya, Özbəkistan Qırğızıstan, Gürcüstan və Çindən gətirlir. Satıcılar deyir ki, Ukraynadan gətirlən eyni adlı məhsullar azalıb. Öyrəndik ki, bostan məhsullarınında sayılan badımcan da yerli bazara əsasən İran və Türkiyədən gətirilir.
Qiymətləri isə 2-4 manat arasında dəyişir.
Yerli məhsulun yetişdilməsi mürəkkəb olduğundan hazırda bu bostan məhsulu da xaricdən idxal olunur. Satıcılar deyir ki, yerli badımcan bazarlarda idxal badımcandan daha ucuz satılır.

İqtisadçı-ekspert Asif İbrahimov “Sherg.az”a bildirib ki, qoz fındıq məhsullarında qıtlaşma baş verir:

“Avqust, sentyabr aylarında fındığın yığım dönəmi olduqdan sonra bu istehsalçılar satıcılara və fındıq stoklayan şirkətlərə, zavodlara öz məhsullarını təqdim etməyə çalışırlar. 2024-cü ildə də məhsuldarlıq aşağı düşdü və hava şəraiti ilə bağlı bəzi məhsulları dolu vurdu. Bəzi məhsullarda müəyyən problemlər, xəstəliklər yaranmağa başladı. Hətta qıtlıqla üzləşdik və məhsulun qıtlaşması qiymətinə də öz təsirini göstərdi. Ümumiyyətlə Azərbaycan xarici bazara, ən çox ixrac etdiyi məhsullardan biri fındıq məhsuludur. Xüsusilə Ferero və nutellaya öz məhsullarını ixrac edir. Düşünürəm ki, bu istiqamətdə problem yaranmayacaq. Digər tərəfdən yerli dəllallar bu məhsulun Novruz bayramı yaxınlaşarkən toplayıb bayram ərəfəsində baha satışını təşkil etmək üçün belə həmlələr edirlər. Amma xaricdən gətirilən fındıq məhsulu daxili bazarda qiymətlərdə balans yaradılmasına kömək edir. Yəni bunun üstün cəhətindən biri budur. Həmçinin Azərbaycanda bu sahədə fəaliyyət göstərən həm istehsalçılar, həm böyük təşkilatlar, korporasiyalar, həm də özəl istehsalçıların bir çoxu məhsullarını sığortalatmayıblar. Buna görə də problem olduqda çətinliklə üz üzə qalırlar və hər hansı bir vəsait, təzminat əldə edə bilmirlər”.

Geri qayıt