Əsas Səhifə > Güney Press > Türk millətinin bir adı, bir dili var, o da bəllidir

Türk millətinin bir adı, bir dili var, o da bəllidir


Dünən, 18:03
Türk millətinin bir adı, bir dili var, o da bəllidir
"Azərbaycan dövlətinin sərhədləri içərisindəki böyük çoxluğun milli-etnik mənşəyi Türkdür. Yəni, millətin adı Türkdür, dili də 1936-cı ilə qədər Türk dili adlandırılıb. Azərbaycan Konstitusiyasını misal çəkənlər unudur ki, Azərbaycan xalqın adıdır, milli mənsubiyyəti ifadə etmir".

"Sherg.az"ın xəbərinə görə, bu sözləri "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Akif Aşırlı deyib.

Baş redaktor vurğulayıb ki, talışı, kürdü, tatı, saxuru, ləzgisi, türkü ilə birgə eyni ortaq mədəniyyətin daşıyıçısıdır. Tarixi etnoqrafik xüsusiyyətləri ilə birgə bu etnoslar Azərbaycan xalqını təşkil edir:

"Qafqaz coğrafiyasında müsəlmanların, Türklərin adının müəyyənləşməsi prosesinə Rusiyanın işğalından, 1805-ci ildən sonra başlanılıb. Cünki Osmanlı imperiyasında yaşayan türklərlə buradakı türkləri ayırmaq ücün ideya lazım idi. Çar Rusiyasının burada yaşayan türklərlə Anadoludakıların ayrı-ayrı mədəniyyətin, dilin, soy-kökün daşıyıcısı olduğu tezisini irəli sürürdülər. Hətta, anadilli mətbuatımızda Rusiyanın göstərişi ilə aydınlarımız Türk adının dəyişdirilməsinin müxtəlif variantları üzərində düşünür, məqalələr yazırdı. "Ziyayi- Qafqaziyyə" , "Kəşkül" , "Şərqi- rus" qəzetlərində, dərgilərdə bu barədə onlarla məqalə var. Bu yazıların bir coxu Rusiyanın siyasi elitası, yerlərdəki məmurlarının sifarişi əsasında yazılır, Anadoluda yaşayan türklərlə Qafqazdakı türklərin fərqli etnos olduğunu əsaslandırmağa hesablanırdı. Amma bu cəsarəti göstərmək istəsəkər də, həqiqətin üzərindən xətt çəkə bilmədilər. Ən yaxşı halda millətin adını Azərbaycan Türkü , dilini azəri türkçəsi kimi təsfir edurdilər. Müzakirələri başladan insanın yaradıcılığına diqqət yönəltmədən söyləmək olar ki, bu insanların, aydınların çoxu Rusiyanın təsir dairəsindədirlər. Məqsədləri həqiqət axtarışı deyil . Burada diqqət yönəldiləcək ən əsas məsələ rəsmi dövlət dili olan Azərbaycan dili ilə Rus dilini bu müstəqil dövlətin ərazisində rəqabətə buraxmaq, üstünlüyü Rus dilinə verməkdir. Azərbaycan dilində təhsilin səviyyəsinin aşağı olması fikrinin bilərəkdən təkrar-təkrar ortaya atılması da bu məqsəd daşıyır".

Akif Aşırlı vurğulayıb ki, ana dilimizin Türkçə olması fikrini müdafiə edənlərin guya Azərbaycanı Türkiyənin içərisində əritmək, bu fikrin daşıyışılarının milləti kiçiltmək məqsədi daşıdığını irəli sürməsi sərsəmlikdir:

"Bu iddiaların hec bir əsası yoxdur. Türk dilini Türkiyənin sərhədlərinə sığışdırmaq kimin ağlına gəlir, bilmirəm. Türk Dünyası böyükdür, müstəqil dövlətlərinin sayı, Rusiyanın içərisindəki müxtar türk cümhuriyyətləri də bəllidir. Bir də ki, Güney Azərbaycanda 35 milyon qardaşımız özlərinə Türk, dillərinə türkçə deyir. Amma o aydındır ki, Türk millətinin bir adı var və bir dili var. O da bəllidir ki, Azərbaycanda yaşayan talış, kürd, tat, ləzgi və digər etnik qruplarla birgə bu gözəl Vətənimizi Türk Dünyası içərisində firavan, gözəl bir həyat gözləyir".

Geri qayıt