Əsas Səhifə > Güney Press > Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib
Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndəribDünən, 18:07 |
![]() ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında fikir ayrılıqlarına baxmayaraq, Kiyev və Vaşinqton Ukraynada faydalı qazıntıların hasilatına dair sazişlə bağlı daim təklif mübadiləsi aparır. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb. Kiyevdəki mənbə bildirib ki, Ukrayna hakimiyyəti ötən gün ABŞ-yə yeni saziş layihəsi göndərib. "Tərəflər davamlı olaraq layihə mübadiləsi aparır, dünən biz daha bir layihə göndərdik. Ukrayna tərəfi ABŞ-dən cavab gözləyir", - məlumatda qeyd olunub. Fevralın əvvəlində Tramp bildirib ki, Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. ABŞ və Ukrayna KİV-in məlumatına görə, saziş Ukraynada faydalı qazıntı hasilatından əldə edilən gəlirin yarısı üzrə hüquqların ABŞ-yə verilməsini nəzərdə tutur. Söhbət təkcə nadir torpaq metallarından yox, titan, uran, qaz və neftdən gedir. Geri qayıt |