Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Elşad Abdullayevin qaynatası da oliqarx imiş - Dəyəri milyonlarla ölçülən “Göy-göl” restoranı hardandır?

Elşad Abdullayevin qaynatası da oliqarx imiş - Dəyəri milyonlarla ölçülən “Göy-göl” restoranı hardandır?

25-04-2014, 18:20
Elşad Abdullayevin qaynatası da oliqarx imiş - Dəyəri milyonlarla ölçülən “Göy-göl” restoranı hardandır?
Bəzən deyirlər ki, başqasının pulunu, var-dövlətini saymaq düzgün deyil. Biz də bu fikirlə qismən razıyıq. Ancaq söhbət hansı yolla qazanılmış var-dövlətdən gedir? Əlbəttə söhbət halal yolla əldə edilmiş var-dövləydən gedəndə onu saymaq düz deyil. Amma sən haram yolla, xalqın cibinə girməklə milyonlar qazan və sonra da de ki, mənim pullarımı saymayın…

Ən dəhşətlisi odur ki, haram yolla milyonlar qazanan adam özünü əzabkeş kimi göstərsin. Belələrindən biri də Fransada oturub müxalifətçilik edən Elşad Abdullayevin qaynatası Hüseyn Əhmədovdur. Ömrü boyu yazı-pozu işi ilə, müəllimliklə məşğul olan adamda bu qədər pul haradan ola bilər? Bu şəxs bəlkə xəzinə tapıb, bəlkə babasından miras qalıb? Digər tərəfdən bu boyda əmlakın sahibi məhkəmədə özünü guya hökumət tərəfindən incidilmiş, əzabkeş kimi aparırdı.
Sabiq deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı məhkəmə prosesində Eşad Abdullayevin qaynatası Hüseyn Əhmədov verdiyi ifadəsində deyrdi ki, şəxsi kitabxanamı möhürləyiblər, kitablarımı müsadirə ediblər, nəvəmin adına banka qoyduğum 30 min manat pula həbs qoyublar…

Bunları eşidəndə bu yaşlı insanın halına acımamaq olmurdu.Baxmayaraq ki, bu gün Hüseyn Əhmədov kimi minlərlə yazı-pozu adamı nəinki 30 min manatı nəvəsinin bank hesabına qoymağa imkanı yoxdur, hətta özlərini güclə dolandırırlar. Ancaq bu gün Qafqaznews.az-a daxil olan bir sənəd bzim bütün bu düşüncələrimizi alt-üst elədi. Və məlum oldu ki, Elşad Abdullayevin qaynatasının “qiymətli kitabları”nı müsadirə eləsələr də, nəvəsinin adına banka qoyulan 30 min manatı dondursalar da…nə qədər qəribə olsa da öz adına olan və dəyəri milyonla ölçülən əmlakını yada salan olmayıb.

Elşad Abdullayevin qaynatası da oliqarx imiş - Dəyəri milyonlarla ölçülən “Göy-göl” restoranı hardandır?

Görəsən, Hüseyn Əhmədov Nərimanov rayonundakı “Baksol” adlanan yerdə, İslam Abışov küçəsi, aerodrom 510-cu məhlədə yerləşən 3 hektar ərazini hansı pulla əldə edib? Həmin ərazidə yerləşən “Göy-göl” restoranının, böyük həcmli 10-15 anbarın gəlirləri hara xərclənir? Biz hələ Hüseyn müəllimin bir müddət əvvəl satdığı dəyəri milyonlarla ölçülən istirahət kompleksini demirik. Əlimizdə olan sənədə əsasən Elşad Abdullayevin qaynatası Şamaxı rayonunun Məlhəm kəndində olan 4 hektar torpaq sahəsini 27 dekabr 2001-ci ildə özəlləşdirib.

Elşad Abdullayevin qaynatası da oliqarx imiş - Dəyəri milyonlarla ölçülən “Göy-göl” restoranı hardandır?

Ən maraqlısı isə odur ki, Elşad Abdullayevlə bağlı məhkəmənin qızğın çağında, daha dəqiq desək 3 ay əvvəl Hüseyn Əhmədov bu ərazini 1 milyon manata Bakının imkanlı şəxslərindən birinə satıb.
İndi özünüz deyin: beləsinin halına acımağa dəyərmi?

Geri qayıt