Əsas Səhifə > Güney Press > Ukraynaya görünməmiş hücum:
Ukraynaya görünməmiş hücum:Dünən, 15:41 |
![]() Bazar günü gecə Ukraynaya 267 pilotsuz təyyarə hücum edib. Bu, 2022-ci ilin fevralından bəri rekord göstəricidir. “Cebheinfo.az” xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib. Onun sözlərinə görə, ümumilikdə 138 “Şahed” tipli hücum PUA-ları, eləcə də pilotsuz təyyarələrin imitatorları istifadə edilib. Krivoy Roqda 5, Odessa vilayətində 3 nəfər xəsarət alıb. Kiyev, Poltava və Zaporojye vilayətlərində də yaşayış binalarına və infrastruktura ziyan dəyib. Dağıntılar nəticəsində Kiyevin bir neçə bölgəsində yanğınlar baş verib. Geri qayıt |