Əsas Səhifə > Güney Press > Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər

Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər


Bu gün, 16:33
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər
Cengiz Ünderin ABŞ-ın "Los Anceles" klubuna transferindən əvvəl qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, Los Anceles təmsilçisinin ermənilərdən ibarət "Los Armenios" azarkeş qrupu ayağa qalxıb. MLS komandasının Türkiyə millisinin üzvünü transfer etmək istəməsi ermənilərin xoşuna gəlməyib. Azarkeş qrupu sosial şəbəkədə bununla bağlı paylaşım edib:

“Los Anceles"in azarkeşi və Los Anceles şəhərində erməni icmasının üzvləri olaraq, türk oyunçunun transferindən narahatlıq duyuruq. Ermənilərin yaşadıqları acı dolu tarixi gerçəklər göz önünə alındığında, belə bir transfer "Los Anceles"ə ən çox bağlı olan icmasına və onların dərin duyğularına qarşı hörmətsizlik olacaq”.

Lakin "Los Armenios” bir müddət sonra sosial şəbəkədə paylaşımı silib. "Los Anceles" klubu isə ötən həftə Cengizin transferini rəsmən açıqlayıb. Türk futbolçu ilk açıqlamasında klubun erməni azarkeşlərindən xəbərdar olduğunu bildirib:

“Los Anceles” azarkeşləri qarşısında oynamaq və klubu təmsil etmək üçün səbrsizlənirəm. Los Ancelesin bir çox etnik millətə ev sahipliyi etdiyi və çoxmillətli azarkeş kütləsinə sahib olduğunu bilirəm.

Mən futbolu sevən və onun birləşdirici gücünə inanan bir professional futbolçuyam. İngiltərə, İtalya və Fransada oynadım. Sevinclərimi, üzüntülərimi komanda yoldaşlaırmla, tərəfdarlarla və fərqli millətlərdən olan insanlarla paylaşdım. “Los Anceles”də də bunu etməyə davam edəcəyəm”.

Geri qayıt