Əsas Səhifə > Güney Press > Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib?
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib?Dünən, 17:52 |
![]() Ötən il ərzində Azərbaycana xarici ölkələrdən 439 milyon 952,7 min dollar dəyərində 1 milyon 509 min 802 ədəd smartfon gətirilib. Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki illə müqayisədə ötən il idxal edilən smartfonların miqdarı 19,2% və ya 242 min 763 ədəd artıb. Məlumat üçün qeyd edək ki, ötən il idxal olunan smartfonların dəyəri əvvəlki illə müqayisədə 10,5% bahalanıb. Belə ki, idxal olunan smartfonların 1 ədədinin orta gömrük dəyəri ötən il 291 dollar (495 manat) olduğu halda, 2023-cü ildə 264 dollar (448 manat) olub. Azərbaycana smartfonlar ən çox Çindən gətirib. Bu ölkədən Azərbaycana ötən il 1 milyon 200 min 754 ədəd smartfon idxal olunub. Ən az smartfon isə Kanadadan gətirilib. Ötən il ərzində Kanadadan cəmi 2 smartfon idxal edilib. Ötən il idxal edilən smartfonların ölkələr üzrə miqdarı və 1 ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub: Çin – 1 200 754 ədəd (280 dollar); Vyetnam – 229 799 ədəd (343 dollar); Hindistan – 74 658 ədəd (265 dollar); ABŞ – 3 225 ədəd (1 132 dollar); Birləşmiş Ərəb Əmirlikləri – 416 ədəd (504 dollar); Yaponiya – 321 ədəd (1 056 dollar); İndoneziya – 195 ədəd (238 dollar); Koreya – 117 ədəd (1 034 dollar); Ukrayna – 108 ədəd (1 127 dollar); Sinqapur – 59 ədəd (1 116 dollar); Yamayka – 43 ədəd (1 020 dollar); Tailand – 40 ədəd (633 dollar); Fransa – 26 ədəd (466 dollar); Malayziya – 17 ədəd (1 526 dollar); Almaniya – 11 ədəd (1 838 dollar); Qətər – 6 ədəd (875 dollar); Avstriya – 5 ədəd (880 dollar); Kanada – 2 ədəd (1 135 dollar). Geri qayıt |