Əsas Səhifə > Güney Press > Azərbaycan Cüdo Federasiyası:
Azərbaycan Cüdo Federasiyası:Bu gün, 12:00 |
![]() Cüdoçu Səid Mollayi (81 kq) hazırda Azərbaycan millisinin üzvü deyil. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. "Amma onun karyerasını bitirib-bitirmədiyi ilə bağlı heç nə deyə bilmərik. Məlumatımız yoxdur", - deyə qurumdan bildirilib. Qeyd edək ki, Səid Mollayi 2022-ci ilin mayında Azərbaycan yığmasına cəlb edilmişdi. 33 yaşlı cüdoçu 2011-2019-cu illər aralığında İranı, 2019-2022-ci illər aralığında Monqolustanı təmsil edib. Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə gümüş mükafata sahib çıxıb. Geri qayıt |