Əsas Səhifə > Güney Press > Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıbBu gün, 13:07 |
![]() Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib. "DİA-AZ" xəbər verir ki, qərara əsasən Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb. Qeyd edək ki, ,Bəylərqızının səhhətində ciddi problemlər var... *** Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib. "Report" xəbər verir ki, Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib. Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də saxlanılıb. Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay 15 gün müddətində həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb. Geri qayıt |