Əsas Səhifə > Güney Press > Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq...
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq...Dünən, 15:24 |
![]() Ermənistan hökuməti ötən il noyabrın 28-də keçirilən iclasında “Ermənistanın himni haqqında” qanuna dəyişiklik layihəsini təsdiqləyib. Ermənistan parlamentinin sədri Alen Simonyan, deputatlar Sisak Qabrielyan və Taquhi Qazaryanın təşəbbüsü ilə irəli sürülən bu layihə ilə himn, eləcə də himnin ifası ilə bağlı bəzi münasibətlərin tənzimlənməsini təklif edib. Daha sonra Alen Simonyan Telegram kanalında yazıb ki, mənə aydındır ki, Ermənistan Respublikasının himni gec-tez dəyişməlidir, onun bizim dövlətimiz və erməni musiqisi ilə əlaqəsi olmalıdır, himn ifa qaydalarına uyğun olmalıdır. O, himnlə yanaşı, gerbin dəyişdirilməli olduğunu deyib. Qeyd edək ki, Ermənistanın yeni himnində işğala çağırış motivləri çıxarılıb. Politoloq Zərdüşt Əlizadə "Sherg.az"a deyib ki, Paşinyan hakimiyyəti artıq gerçəkliklərlə barışıb: "Ermənistan çalışır ki, Azərbaycanla münasibətləri tənzimləsin. Çünki bu, Paşinyana siyasi baxımdan çox vacibdir. O, 2026-cı ildə Ermənistanda keçiriləcək prezident seçkilərində yenidən qalib gəlmək istəyirsə, erməni xalqına hər hansı müsbət nailiyyət barədə tarixçə təqdim etməlidir. Qarabağ əldən getdi, erməni ordusu məğlub oldu. Nikol Paşinyanın yalnız iki sahədə uğuru var; Birincisi, Rusiyanın ticarət sahəsində iqtisadi artımdır. İkincisi isə Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləsə və nəqliyyat vasitələri işə düşərsə, reallaşacaq. Bu, Paşinyanın partiyasının gələcək seçkilərdə təminatı deməkdir. Ona görə də Ermənistan Prezidenti sülh müqaviləsinin qarşısını alan bütün maneələri aradan qaldırmaq istəyir. Həmçinin konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq Nikol Paşinyana siyasi mənada lazımdır". Geri qayıt |