Əsas Səhifə > Güney Press > Birdəfəlik sığorta ödənişi bu hallarda verilir...

Birdəfəlik sığorta ödənişi bu hallarda verilir...


Bu gün, 08:51
Birdəfəlik sığorta ödənişi bu hallarda verilir...
İstehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir:
1.Aylıq sığorta ödənişi: aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.
2.Birdəfəlik sığorta ödənişi:birdəfəlik sığorta ödənişi Qanunla müəyyən olunmuş qaydada aylıqsığorta ödənişi məbləğlərinin cəmhalda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi bu hallarda verilir:
Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə,
Sığorta hadisəsi nəticəsində sığortaolunanın öldüyü halda, sığorta hadisəsi nəticəsində peşəəmək qabiliyyətinin itirilməsiləəlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə.
3.Əlavə sığorta ödənişi:əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar: müalicəyə, əlavə qidalanmaya və dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır.
4. Sığortaçı - sığorta ödənişini müəyyən olunmuş müddət ərzində ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
5. Aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir.
6. Sığortaçı öz müstəqil qərarına əsasən bu müəyyən olunmuş sığorta məbləğlərinə üstəlik sığorta ödənişi ödəyə bilər.
7. Birdəfəlik sığorta ödənişi sığorta olunanın olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.shop)

Geri qayıt