Əsas Səhifə > Güney Press > Nazirlik 200 min manatlıq gül alır
Nazirlik 200 min manatlıq gül alırBu gün, 11:53 |
![]() Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi fiziki şəxs Əskərov Qalib İlkin oğlu olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Əskərov Qalib İlkin oğlu tədbirlər, festivallar, təltiflər və digər əlamətdar günlər üçün Mədəniyyət Nazirliyinə güllər və əklillər satacaq. Nazirlik satın alacağı güllər üçün Qalib Əskərova 198 min 830 manat ödəyəcək. Qeyd edək ki, Qalib Əskərov 198 min 830 manatın qarşılığında nazirliyə 3 500 ədəd qızılgül, 2 000 ədəd qərənfil, 90 ədəd gül səbəti, 60 ədəd əklil, 450 ədəd buket və 50 ədəd büstönü səbət satacaq. Geri qayıt |